NASA Aya qadın göndərir - Missiya

7 Mart 2021 17:49 (UTC+04:00)

NASA yaxın 10 ildə Aya ilk qadını göndərmək planlarını açıqlayıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “CBS Nyus” kanalı məlumat yayıb.

Missiya doqquz kişi və doqquz qadının iştirak edəcəyi “Artemis” proqramı çərçivəsində planlaşdırılır.

NASA-nın kosmik buraxılışlar missiyasının rəhbəri Çarli Bləkvel-Tompson bildirib ki, ayın öyrənilməsinə qayıtmaq müxtəlif qiymətli biliklər əldə etməyə və bir çox elmi kəşflərə imkan verəcək.