“Liverpul” öz meydanında autsayderə MƏĞLUB OLDU

7 Mart 2021 20:49 (UTC+04:00)

Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində son çempion “Liverpul” çempionatın autsayderi “Fulhem” komandasını qəbul edib.

Publika.az xəbər verir ki, görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol matçın 45-ci dəqiqəsində vurulub. Mario Lemina fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra aktivində 43 xal olan “Liverpul” 7-ci, “Fulhem” isə 26 xalla 18-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu, “Liverpul”un cari mövsümdə doqquzuncu məğlubiyyətidir.