Rəşad Nəbiyev qadınlar haqqında yazdı

8 Mart 2021 18:36 (UTC+04:00)

“Qadınların iqtisadi, ictimai və siyasi bərabərliyi sağlam cəmiyyətin, güclü dövlətin təməl sütunlarındandır”.

Publika.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu prinsipin dövlət siyasətimizin prioritetlərindən olması qürurverici haldır. Əziz xanımlar, Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, xoşbəxt və sağlam həyat arzu edirəm!”, - deyə nazir əlavə edib.