Bəşər Əsəd və xanımı koronavirusa yoluxdular

8 Mart 2021 19:48 (UTC+04:00)

Suriyanın prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusa yoluxublar.

Publika.az xəbər verir ki, bu barədə Suriya prezidentinin dəftərxanası məlumat yayıb.

"Prezident Əsəd və xanım Əsma Əsəd PCR test veriblər, nəticə müsbət olub", - məlumatda deyilir.

Qeyd olunur ki, Bəşər Əsəd və xanımının vəziyyəti yaxşı, stabildir.

Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib. 4544 nəfər müalicə alır.