İndoneziyada güclü zəlzələ oldu

8 Mart 2021 20:13 (UTC+04:00)

İndoneziyanın Sumatra sahillərində 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti tərəfindən məlumat verilib.

Zəlzələlərin episentri Benkulu vilayətinin 158 kilometr cənub-qərbində yerləşib.