Türkiyənin tanınmış aktyoru VƏFAT ETDİ - FOTO

9 Mart 2021 00:31 (UTC+04:00)

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztekin 62 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Publika.az Anadolu agentliyinə istinadla məlumat verir ki, aktyorun ölüm xəbərini Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün “tvitter” hesabında təsdiqləyib və sənətkarın yaxınlarına başsağlığı verib.