DİQQƏT: "WhatsApp" bəzi smartfonlarda işləməyəcək

9 Mart 2021 05:45 (UTC+04:00)

“WhatsApp” messenceri köhnə iPhone modellərində işləməyəcək.

Publik.az xəbər verir ki, bu barədə “WABetaInfo” portal məlumat yayıb.

İOS tətbiqetməsinin son beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək yoxdur.

“WhatsApp” hələ bu məlumatı təsdiqləməyib.

Hazırda iPhone əməliyyat sistemlərinin rəsmi siyahısında messencer tərəfindən dəstəklənən iOS 9 və daha yeni versiyalar mövcuddur.