"Facebook Messenger"in işində problemlər yarandı

9 Mart 2021 05:15 (UTC+04:00)

"Facebook Messenger" tətbiqinin ABŞ-dakı istifadəçiləri xidmətin işində problemlərlə üzləşiblər.

Publika.az xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Facebook Messenger"in işində texniki problemlər əsasən ölkənin Qərb və Şərq sahillərində qeydə alınıb.

İstifadəçilərin təxminən 51 faizi ismarıc ala bilmir, 38 faizi serverə qoşulan zaman, 9 faizi isə hesaba daxil olan zaman problemlərlə üzləşiblər.