Rusiyadan Laçın və Ağdərə ilə bağlı ƏN SON AÇIQLAMA - FOTO

9 Mart 2021 10:27 (UTC+04:00)

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Sülhməramlı kontingentin Humanitar Müdaxilə Mərkəzinin istehkamçıları Dağlıq Qarabağdakı fərdi ev təsərrüfatları və sosial əhəmiyyətli infrastruktur obyektlərində partlayıcı maddə olub-olmadığını araşdırmağa davam edir. Bu, mülki əhalinin evlərinə qayıtmasına, həmçinin məktəblərdə və xəstəxanalarda təmir və bərpa işlərinə başlamasına imkan yaradır.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən rusiyalı istehkamçılar 1623 hektar ərazi, 508 km yol, 1577 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyib, 25154 partlayıcı obyekit aşkar edərək zərərsizləşdirib.

Rusiya sülhməramlı kontingent komandanlığının köməyi ilə Laçın Su Elektrik Stansiyasının işi bərpa olunub, mühəndislərin işinin təhlükəsizliyi rus hərbi heyəti tərəfindən təmin edilib.

Zümrüd