İrəvan polisi Paşinyanın əmrinə TABE OLMADI: Hücum variantı müzakirə edilir

9 Mart 2021 22:12 (UTC+04:00)

İrəvanda xidmət edən polislər xalqa güc tətbiq etməkdən imtina etdikləri üçün Nikol Paşinyan bölgələrdən polis gətirməyi əmr edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i xəbər yayıb.

Bildirilir ki, bu dəqiqələrdə polislər avtobuslarla paytaxta gətirilir.

Polisdəki mənbələrdən verilən məlumata görə, hazırda Paşinyanın istefasını tələb edən vətəndaşlar Dəmirçyan-Bağramyan küçələrindən zorla kənarlaşdırılır. Səhər saat 04:00 radələrində əməliyyat keçirmək variantı müzakirə olunur.

Əmrə tabe olmayan paytaxt polisi insanların təhlükəsizliyini təmin etmək üçün medianın növbətçi olmasını, səhərə kimi oyaq qalmalarını xahiş edib.

Hüseyn