Qəbul nəticələri bu gün açıqlanacaq

6 Avqust 2014 18:08 (UTC+04:00)

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçiminin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın facebook səhifəsində veriləcək.

Xatırladaq ki, ayırılan plan yerləri uğrunda 35995 nəfər mübarizə aparacaq.

Gülxar