Qasparyanı ordudan uzaqlaşdıran Paşinyana SÜRPRİZ: məhkəməyə veriləcək

11 Mart 2021 16:36 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın vətəninə yeni statusda xidmət etməyə davam edəcəyini söyləməsi onun siyasətə qarışacağı anlamına gələ bilər.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Milli Gündəm Partiyası Şurasının rəhbəri Ara Akopyan 11 martda jurnalistlərlə görüşündə deyib.

O, Qarabağ müharibəsindəki məğlubiyyətə Ermənistanın hərbi-siyasi rəhbərliyinin şərait yaratdığını və hakimiyyət dəyişdikdən sonra bütün günahkarların məhkəməyə veriləcəyini bildirib.

A.Akopyan siyasi hakimiyyət tərəfindən dövlətə xəyanət edildiyi barədə bir çox faktın təqdim olunduğunu xatırladıb: “Bu dairəyə Ermənistan prezidenti Armen Sarkisyan da daxildir. Bu səbəbdən istefa məsələsi xaricində başqa bir şey müzakirə etməyəcəyik. Qalan hər şey saxta gündəmdir”.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın açıqlamalarına gəldikdə, siyasətçi həmişəki kimi onun manipulyasiya ilə məşğul olduğunu bildirib: “Milli azadlıq mənası daşıyan hərəkətləri konstitusiyaya zidd qiymətləndirir. Əslində, “siyasi tanrısı” Nikol Paşinyanın işinin nəticələrindən məmnundur. İndi Ter-Petrosyan sadəcə zərbədən uzaqlaşmağa çalışır”.

Zümrüd