Ərdoğan anonsunu verdiyi islahatlar paketini açıqladı

13 Mart 2021 09:23 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçən il anonsunu verdiyi yeni iqtisadi islahatlar paketini elan edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan islahat paketinin məqsədinin milli iqtisadiyyatın sabit mütərəqqi inkişafını təmin etmək olduğunu vurğulayıb: “İslahat paketinin məqsədi investisiya, istehsal, məşğulluq və ixracata köklənən iqtisadi artımdır. İqtisadi islahatlar paketi ölkəmizin gələcək inkişafı üçün bir yol xəritəsidir və bunu xalqın dəstəyi ilə həyata keçirəcəyik. Dəyişikliklərin yeni mərhələsi makroiqtisadi sabitliyin və struktur islahatlarının təmin olunmasına yönəlib. Prioritetlər arasında inflyasiya ilə mübarizə, maliyyə intizamının təmin edilməsi və cari kəsirin azaldılması da var. 2021-ci ilin sonuna qədər büdcə kəsirinin 4,3%-dən 3,5%-dək endirilməsi planlaşdırılır”.

Prezident qeyd edib ki, islahatlar paketində xərclərin planlaşdırılmasına xüsusi diqqət yetirilir.