Paşinyan “Samo” ləqəbli canini Xankəndiyə göndərir

17 Mart 2021 15:46 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan I Qarabağ müharibəsində “Samo” ləqəbli cani Samvel Babayanı Xankəndinə göndərmək istəyir.

Publika.az
xəbər verir ki, Paşinyan Babayandan Xankəndində baş separatçı Araik Arutyunyana alternativ kimi istifadə etmək niyyətindədir.

Erməni mənbələr hazırda Nikolla Samvel arasında bu istiqamətdə danışıqlar getdiyini yazır.

S.Babayan qondarma rejimin “müdafiə naziri” olub, Paşinyan hakimiyyətə gəlikdən sonra qondarma rejimdə “milli təhlükəsizlik şurasının katibi” vəzifəsinə gətirilib. 44 günlük müharibədən sonra İrəvana qaçıb.

Asif