Qohumunun evindən oğurluq edən gənc saxlanıldı

7 Avqust 2014 03:53 (UTC+04:00)

Abşeron polisi mənzildən qızıl-zinyət əşyaları oğurlayan şəxsi işfa edib.

ANS TV-nin məlumatına görə, rayon polis şöbəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsi, bina 14, mənzil 12-dən oğurluq edən 19 yaşlı İsmayilov Kamran Cəfər oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı əməlini etiraf edən Kamran soxulduğu evi əvvəlcədən tanıdığını deyib.

Abşeron RPŞ-nin müstəntiqi Məhəmməd Tağıyevin sözlərinə görə, Kamran İsmayilov qohumundan, qızıl üzük, saat və bujiteriya aparıb.

Hazırda faktla bağlı cinayət işi başlanılıb. İstintaq Kamranın oxşar cinayətlərinin varlığını araşdırır.