Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO

21 Mart 2021 14:25 (UTC+04:00)

Gəncə şəhərində daha bir həkim dünyasını dəyişib.

Publika.az unikal.org-a istinadən xəbər verir ki, uroloq-cərrah, professor Yunis Nəbiyev ötən gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında çalışıb və ən tanınan həkimlərdən biri olub.