Regiona nəzarət edən kriminal avtoritet HƏBS EDİLDİ - FOTO

25 Mart 2021 09:00 (UTC+04:00)

Kazanda Tatarıstanın nüfuzlu kriminal avtoriteti Sergey Neyderov saxlanılıb.

Publika.az xəbər verir ki, o, kriminal aləmdə yüksək post tutmaqda günahlandırılır.

59 yaşlı avtoritet 2015-ci ildə keçirilən toplantıda kriminal aləmdə xüsusi ada layiq görülüb.

Bu şəxs münaqişələrin həlli, regionda vəziyyətə nəzarəti, eləcə də, yığılan pulların oğru xəzinəsinə yığılmasına cavabdehlik daşıyıb.