Azərbaycanda daha 24 446 nəfər vaksinasiya olundu

27 Mart 2021 18:12 (UTC+04:00)

Martın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24 446 nəfər vaksinasiya olunub.

Bu barədə Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518 879 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.