Sultan Süleymanın portreti satıldı

1 Aprel 2021 02:42 (UTC+04:00)

Osmanlı imperiyasının 10-cu hökmdarı olan Sultan Süleyman Qanuninin portreti İngiltərədə hərraca çıxarılıb.

Publika.az-ın məlumatına görə, ilkin məbləğ olaraq 60 min funt sterlinqə təklif olunan portret 350 min funt sterlinqə (təxminən 830 min manata və ya 4 milyon türk lirəsi) satılıb.

Bundan əlavə, alıcı vergilərlə birlikdə portretə görə 438 min funt sterlinq (bir milyon 100 min manat və ya beş milyon türk lirəsi) ödəməli olacaq.

Qeyd edək ki, XVI əsrin sonu-XVII əsrin əvvəllərində çəkildiyi ehtimal edilən portret mis çərçivə ilə birlikdə 44.5x39.8 santimetr ölçüsündədir. Portretin Sultan Süleymanın 43 yaşında İraqdakı Səfəviləri və Preveze dəniz döyüşündə səlib donanmasını məğlub etdikdən sonrakı dövrdə çəkildiyi iddia olunur.

Portret XIX əsrdən bəri fransız ailəsinin xüsusi kolleksiyasında saxlanılıb.