İtkin düşmüş Salyan sakini tapıldı

4 Aprel 2021 17:49 (UTC+04:00)

İtkin düşmüş Salyan sakini, 1966-cı il təvəllüdlü Əbülfəz Qabil oğlu Xudaverdiyev tapılıb.

Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə onun bacısı Ədibə Xudaverdiyeva bildirib. Onun verdiyi məlumata görə, qardaşı Xətai Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq bu gün ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ə.Xudaverdiyev aprelin 1-də Bakıya gedərək geri qayıtmamışdı.

Ə.Xudaverdiyev ikinci qrup əlildir.