Azərbaycanlı veteran futbolçu vəfat etdi - FOTO

5 Aprel 2021 20:00 (UTC+04:00)

Azərbaycanın veteran futbolçusu Hikmət Nəsirov dünyasını dəyişib.

Publika.az xəbər verir ki, sabiq məşqçi 56 yaşında vəfat edib. Bu barədə “Turan Tovuz” klubu məlumat yayıb.

Klubdan verilən məlumata görə, Nəsirov şəkərli diabetdən əziyyət çəkib və bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Hikmət Nəsirov Azərbaycan millisinin sabiq futbolçusu, hazırda klubsuz olan Budaq Nəsirovun atasıdır.