"Fənərbağça" "Denizlispor"u MƏĞLUB ETDİ

6 Aprel 2021 03:13 (UTC+04:00)

"Fənərbağça" futbol üzrə Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Emre Belözoğlunun baş məşqçilik etdiyi komanda XXXI turda "Denizlispor"u qəbul edib.

Qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 64-cü dəqiqədə Mbvana Samatta vurub.

Qələbə sayəsində 62-ci xalını qazanan "Fənərbağça" "Qalatasaray"ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. "Denizlispor" isə 25 xalla sonuncu - 21-ci sıradadır.

Hazırda turnir cədvəlinə 64 xalla "Beşiktaş" başçılıq edir.