"Çernobıl" serialının qəhrəmanı vəfat etdi

7 Aprel 2021 05:45 (UTC+04:00)

Böyük Britaniya aktyoru Pol Ritter 54 yaşında vəfat edib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, onun ölüm səbəbi beyin şişi olub.

Pol Ritter 1966-cı ildə Böyük Britaniyada anadan olub. O, Harri Porter haqqındakı ekran işində, "İnferno" və başqa filmlərdə çəkilib.

Xatırladaq ki, Pol Ritter Azərbaycanda da maraqla qarşılanan "Çernobıl" (2019) serialında Anatoli Dyatlov obrazını canlandırıb.