Şəxsi məlumatların oğurlanmasıyla bağlı "Facebook"dan AÇIQLAMA

7 Aprel 2021 08:00 (UTC+04:00)

"Facebook" sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin məlumat sızmasının səbəbinin sistemlərinə haker hücumunun olmadığını açıqlayıb.

Publika.az xəbər verir ki, cinayətkarlar istifadəçilərin məlumatlarını veb mənbələrindən çıxarmaqla əldə ediblər:

"Cinayətkarların məlumatları sistemlərimizə hücum etməklə deyil, platformamızdan məlumat çıxarmaqla əldə etdiklərini anlamaq vacibdir".

Məlumat sızmasına səbəb olan sistem zəifliyinin aradan qaldırıldığını qeyd edilib.