Millimiz FIFA reytinqində gerilədi

7 Aprel 2021 19:48 (UTC+04:00)

FIFA yığma komandaların reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, yeni açıqlanan cədvələ görə, Azərbaycan millisi iki pillə geriləyərək 110-cu pillədə qərarlaşıb. Yığmamızın aktivində 1168.53 xal var.

Qeyd edək ki, siyahıya Belçika millisi başçılıq edir.

Fransa və Braziliya müvafiq olaraq ikinci və üçüncüdür.