Korotçenko: "Paşinyan Kremldə özünü müftəxor kimi aparır"

7 Aprel 2021 23:00 (UTC+04:00)

"Paşinyan Kremldəki danışıqlarda özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır. Ondan soruşmaq istərdim: “İşləməyə çalışmısınız?".

Publika.az xəbər verir ki, Rusiyalı məşhur hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bunu Teleqram kanalında bildirib.

Ekspert ermənilərin işləmək istəklərinin olmamasından narazılığını bildirib:

"Boş-bekarlar kütləsi Yerevanda dolaşır, mitinqlər keçirir, işləmək istəmirlər. Rusiya isə onlara subsidiya, güzəştli kreditlər verməlidir, silah tədarük etməlidir, onların təhlükəsizliyini təmin etməlidir. Bəlkə, onlara sadəcə rus general-qubernatoru lazımdır?".