Daha üç taekvondoçumuz bu gün tatamiyə çıxır

10 Aprel 2021 09:36 (UTC+04:00)

Avropa çempionatının üçüncü yarış günü daha üç taekvondoçumuz yarışa qatılacaq.

Publika.az xəbər verir ki, qadın idmançımız Fəridə Əzizova (67 kq) Natalia İuliyeva (Belarus) və Elin Johansson (İsveç) cütünün qalibi ilə görüşəcək. Kişilərdən Ayxan Tağızadənin (74 kq) ilk rəqibi Atman Bouthouyak (Fransa) olacaq. Digər təmsilçimiz Milad Beigi Hərçəqani (80 kq) isə David Simek (Çexiya) və Oleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.