Ermənistanda ÇÖKÜŞ: 74 197 nəfər ölkəni tərk etdi

10 Aprel 2021 21:00 (UTC+04:00)

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra dərin sosial böhranla üzləşib.

Publika.az xəbər veir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Vurğulanıb ki, ölkədə iqtisadi çətinliklər müharibənin gətirdiyi böhranla daha da dərinləşib. Bu səbəbdən hər ay ölkəni tərk edənlərin sayı artır:

"Ermənistanı mart ayında 74 197 nəfər tərk edib. Ölkəyə gələnlərin sayı isə 42 283 nəfərdir. "Şirak" da daxil olmaqla "Zvartnots" hava limanlarından istifadə edərək ölkədən gedən sərnişinlərin böyük əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Mart ayında ölkədən gedənlərlə gələnlər arasındakı fərq 31 914 nəfər olub. Bu isə pandemiya dövründə normal hal sayılmır", - məlumatda deyilir.