Tovuzda ağır qəza: Üç nəfər yaralandı

11 Aprel 2021 03:13 (UTC+04:00)

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Publika.az xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

"VAZ" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - 1993-cü il təvəllüdlü Arzuman Əhmədov, 1962-ci il təvəllüdlü Orxan Novruzov və 1962-ci il təvəllüdlü Felya Əhmədova xəsarət alıb. Onlardan biri təcili tibbi yardım maşını ilə, digərləri isə vətəndaşların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.