Ərəblər bu xanımı kosmosa göndərir - FOTO

11 Aprel 2021 23:13 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk ərəb qadın kosmonavtın seçildiyini elan edib.

Publika.az xəbər verir ki, bu barədə BƏƏ-nin baş nazir müavini, Dubay əmiri Şeyxi Məhəmməd ibn Rəşid əl-Maktum “Twitter” hesabından paylaşım edib.

"Astronavt yetişdirmə proqramına Birləşmiş Ərəb Əmirliklərindən 4 min nəfər müraciət etmişdi. Onlardan ikisi seçildi. İlk qadın ərəb kosmonavtı Nora əl-Matruşi və Məhəmməd əl-Mulla Birləşmiş Ərəb Əmirliklərinin astronavt namizədləri oldu. Onlar yaxınlarda Amerika Birləşmiş Ştatlarının NASA Astronavt Proqramında təlim keçməyə başlayacaqlar" - Rəşid əl-Maktum bildirib.

Yerli medianın yazdığına görə, Nora əl-Matruşi 27 yaşındadır və Birləşmiş Ərəb Əmirlikləri Universitetinin Mexanika Mühəndisliyi fakültəsinin məzunudur.

Qeyd edək ki, BƏƏ 2021-ci ilin fevralında Marsa göndərdiyi "Hope” (Ümid) peykinin orbitə uğurlu yerləşdirməsiylə bunu edə bilən ilk ərəb ölkəsi olub.