Türkiyədən növbəti MESAJ: Krım tatarları...

12 Aprel 2021 07:17 (UTC+04:00)

Qara dənizdə və regionda yaşanacaq hər hansı gərginlik və qarşıdurma hər kəsin zərərinədir.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb.

"Türkiyə Ukraynanın ərazi bütövlüyünü, Krım tatarlarının haqlarını müdafiə edir və Rusiya-Ukrayna arasındakı problemlərin müzakirələr yolu ilə həllini dəstəkləyir", - deyə Qalın bildirib.