Ərinin döydüyü qadın İNTİHAR ETDİ

12 Aprel 2021 12:54 (UTC+04:00)

Hacıqabul rayonunda qadının intihar etməsinin təfərrüatı açıqlanıb.

29 yaşlı Gülər Musayeva özünü rayonun Udullu kəndinin ərazisindəki gölə atıb.

Hadisə nəticəsində boğulan qadının meyiti sudan çıxarılıb.

Məlum olub ki, bir gün əvvəl G.Musayevanı əri 40 yaşlı İntizar Musayev döyüb. Qadının da məhz bu səbəbdən intihar etdiyi ehtimal olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, Hacıqabul Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. (report)