"Instagram"da problem yarandı

13 Aprel 2021 02:42 (UTC+04:00)

Dünyanın bəzi ölkələrində "Instagram" sosial şəbəkəsinin işində nasazlıqlar qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” məlumat yayıb.

Nasazlıqlar ABŞ, Böyük Britaniya, Kanada, Braziliya və başqa dövlətlərdə aşkarlanıb.

İstifadəçilər xəbər xəttinin yüklənilməsindən, öz hesablarına girişdən və başqa problemlərdən şikayət edirlər.