Deputat: “YAŞAT” Fonduna yenə vəsait köçürək

13 Aprel 2021 11:38 (UTC+04:00)

Qarşıdan Ramazan bayramı gəlir. Bizim dinimiz xeyriyyəçiliyi də təbliğ edir. Mən təklif edirəm ki, “YAŞAT” Fonduna növbəti dəfə vəsait köçürək. Hesablama Palatasının da bu təşəbbüsə qoşulması çox yaxşı olardı.

Publika.az xəbər verir ki, bu təklifi Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat xatırladıb ki, Fond şəhid ailələri, qazilərlə bağlı böyük işlər görür: “Bu yaxınlarda mən daxil olmaqla, bir neçə həmkarımız bir zabitimizlə bağlı müraciət etmişdik. Çox sağ olsun ki, bu məsələ həll edildi. Hətta “ASAN xidmət” qazimizlə bağlı problemi öhdəsinə götürdü. Beləcə daha bir zabitimizə yeni həyat verildi”.