Belarus Azərbaycandan 1 milyon ton neft alacaq

13 Aprel 2021 20:12 (UTC+04:00)

Belarus 2021-ci ildə Azərbaycandan 1 milyon ton neft almağı planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov deyib.

O bildirib ki, Azərbaycandan Belarusa tədarük davam edir:

"Bu il üçün 1 milyon ton planlaşdırılıb. Bu günədək artıq 270 min ton tədarük olunub. 90 min ton neft daşıyan tanker hazırda yoldadır".

Səfir əlavə edib ki, Azərbaycan ötən il Belarusa 800 min ton neft tədarük edib.