Bu tibb işçiləri ilə bağlı mühüm qərar - MÜDDƏT UZADILDI

13 Aprel 2021 20:24 (UTC+04:00)

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.

Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyunun 1-dək uzadılıb.

Bundan əvvəl bu müddət martın 31-dək olub.