Vətən müharibəsinin şəhidi Xaçmazda dəfn edildi - FOTO (YENİLƏNDİ)

16 Aprel 2021 12:00 (UTC+04:00)

Vətən müharibəsi şəhidi Xaçmazda dəfn edilib.

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında dəfn torpağa tapşırılıb. (report)

xxx

09:38

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli bu gün dəfn ediləcək.

Mərhum doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.

xxx

16:04:2021, 23:13

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb.

Publika.az xəbər verir ki, bu barədə "Telegram" kanalları məlumat yayıb.

Bildirilib ki, şəhid olan hərbçi Xaçmaz rayon Maqsudkənd sakini Səbuhi Hüseynlidir.

O, 44 günlük vətən müharibəsi zamanı, oktyabrın 20-də yaralanıb və bu günə kimi komada olub.