Daşkəsəndə polis reyd keçirdi - FOTO

16 Aprel 2021 02:12 (UTC+04:00)

Daşkəsəndə polis qaydaları pozan sürücülərin maarifləndirilməsi məqsədilə reyd keçirib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən rayon ərazisində, təhlükəsizlik kəmərindən və işıq cihazlarından düzgün istifadə etməyən, sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilib. Reyd zamanı 10-dan çox sürücü barədə inzibati protokol tərtib olunub.