Xatirə İslam və həyat yoldaşı koronavirusa yoluxdu

16 Aprel 2021 16:51 (UTC+04:00)

Müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadə koronavirusa yoluxub.

Publika.az Kult.az-a istinadla xəbər verir ki, onlar dünən gecə saatlarında Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, müğənni və həyat yoldaşı Sağlamlıq Mərkəzinin İnfeksion COVID-19 şöbəsinə “Viral pnevmoniya” diaqnozu ilə qəbul edilib.

Xatirə İslamın vəziyyəti orta ağır, Fəxrəddin Musazadənin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Müayinə və müalicə tədbirlərinə başlanılıb, hazırda hər ikisinin müalicəsi davam etdirilir.