Göygöldə dəhşətli olay - Qadının meyiti tapıldı

16 Aprel 2021 19:12 (UTC+04:00)

Göygöl rayonunda intihar hadisəsi baş verib.

Hadisə Balçılı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahrə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.