Türkiyənin qərarı bitkoini 2 min dollar ucuzlaşdırdı

17 Aprel 2021 06:51 (UTC+04:00)

Türkiyə Mərkəzi Bankının (TMB) ölkədə kriptovalyutalarla ödəniş qadağa qoyması bitkoinin ucuzlaşmasına səbəb olub.

Publika.az xəbər verir ki, Türkiyənin tənzimləyici qurumu qərarını bu kimi aktivlərə nəzarətin mümkünsüzlüyü, kriptovalyutaların qanunsuz məqsədlər üçün istifadə edilməsi ehtimalı ilə izah edib.

Ötən gecə bitkoinin qiyməti 63 800 ABŞ dollarına qədər yüksəlsə də, TMB-nin qərarından sonra 61 000 dollara düşüb.

Ötən ay illik inflasiya göstəricisinın 16 faiz təşkil etdiyi Türkiyədə kriptovalyutalara marağın artması məhz lirənin dəyərdən düşməsi ilə bağlıdır.