Nazim Talıbov işdən çıxarıldı

17 Aprel 2021 09:28 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, şirkətə rəhbərlik Elşad Nuriyevə həvalə olunub.

Xatırladaq ki, "Sumqayıt Kimya Sənaye Parkı" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Şirkət ölkədəki sənaye parklarının idarəedicisidir.