Keçmiş iş yerinə qayıdıb 8 nəfəri güllələyərək öldürdü - FOTO

17 Aprel 2021 09:45 (UTC+04:00)

ABŞ-ın İndianapolis şəhərində kütləvi qətl törədilib.

Publika.az xəbər verir ki, hadisə FEDex yükdaşıma şirkətinin bazasında qeydə alınıb. Axşam yeməyi fasiləsi zamanı silahlı şəxs bazaya daxil olub və atəş açmağa başlayıb. Gülləboran nəticəsində 8 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə vaxtı bazada 100 nəfərdən çox işçi olub. Hadisəni törədən şəxs isə 19 yaşlı Brandon Hol adlı gəncdir. O, daha əvvəl həmin şirkətdə çalışıb və 2020-ci ildə işdən çıxarılıb.

Araşdırmalar davam etdirilir.