Ağası Məmmədova AĞIR İTKİ

17 Aprel 2021 11:03 (UTC+04:00)

Yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi Ağası Məmmədova ağır itki üz verib.

Dünya çempionu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının mükafatçısının atası Ağagül Məmmədov 72 yaşında vəfat edib.

Bununla əlaqədar Azərbaycan Boks Federasiyası mərhumun yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin! (report)