Xəzər donanmasının 15 gəmisi Krıma gəldi

17 Aprel 2021 12:05 (UTC+04:00)

Rusiyanın Xəzər donanması gəmilərinin Qara dənizə keçidi başa çatıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Rusiyanın Qara dəniz donanmasının mətbuat xidməti yayıb.

Qara dənizə keçən gəmilərin 15 olduğu bildirilib. Onların sırasında 3 artilleriya və 8 desant kateri var.

Xəzər donanmasının gəmilərinin Qara dənizdə təlimdə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, Rusiya son bir həftə ərzində Krıma aktiv şəkildə hərbi texnika yığır. Hərbi gəmilərlə bərabər Qafqazdakı 58-ci ordunun bəzi hərbi birlikləri, eləcə də müxtəlif hərbi təyyarələr təcili şəkildə Krıma yerləşdirilib.