“Barselona” finalda rəqibini darmadağın etdi

18 Aprel 2021 05:30 (UTC+04:00)

“Barselona” klubu tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.

Publika.az xəbər verir ki, “Barsa” finalda “Atletik”i darmadağın edib - 4:0.

Sevilyadakı “Olimpiya” stadionunda keçirilmiş görüşdə qolların hamısı ikinci hissədə vurulub.

Antuan Qrizmann 60-cı, Frenki de Yonq 63-cü, Lionel Messi 68-ci və 72-ci dəqiqələrdə fərqlənib.