Sumqayıtda yol qəzası - Xəsarət alanlar var

18 Aprel 2021 08:36 (UTC+04:00)

Sumqayıtda yol qəzası baş verib.

Bu barədə Publik.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ-Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.