Rusiya döyüş gəmilərini Qara dənizə toplayır

18 Aprel 2021 13:19 (UTC+04:00)

Rusiya hərbi gəmilərini Qara dənizə göndərməyə davam edir.

Publika.az xəbər verir ki, bu gün səhər saatlarında Bosfor boğazından keçən Rusiya donanmasına aid 130 nömrəli "Kalininqrad" və "Korolev" hərbi gəmiləri Qara dənizə daxil olub.

Boğazdan keçərkən rus gəmilərini sahil mühafizəsi gəmiləri müşayiət edib.

Dünən də iki rus döyüş gəmisi Qara dənizə daxil olmaq üçün boğazı keçmışdi.