Türkmənistan prezidentinin atası vəfat etdi - FOTO

18 Aprel 2021 23:13 (UTC+04:00)

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdiməhəmmədov vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” Türkmənistan dövlət televiziyasına istinadən məlumat yayıb.

Mərhumun 89 yaşında ikən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, M.Berdiməhəmmədov uzun illər hüquq-mühafizə orqanlarında çalışıb.

O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb.