​​​​​​​Bakıda qəzada yaralananların adları məlum oldu - FOTO (YENİLƏNDİ)

19 Aprel 2021 00:55 (UTC+04:00)

Heydər Əliyev prospektində baş verən ağır yol qəzasında xəsarət alan iki nəfərin şəxsiyyəti məlum olub.

Publika.az xəbər verir ki, üç avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rasim oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıb.

Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Q. Kazıma isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

xxx

00:31

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektin “Bağırov körpüsü” adlanan ərazisində iki “Toyota” və bir “Opel” markalı avtomobil toqquşub.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və DYP əməkdaşları cəlb edilib.

Xəsarət alan üç nəfər xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbi araşdırılır.

xxx

23:49 - 18.04.2021

Heydər Əliyev prospektində Bağırov körpüsü adlanan hissəyə yaxın yerdə yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.